• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Peşə təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

CƏMİYYƏT

15 Avqust 2025 | 18:38 | Müəllif: Gülşən Şərif

Peşə təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb

Avqustun 11-də 18:00-dan etibarən 2025/2026-ci tədris ili üçün peşə təhsil müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsinə yekun vurulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, 22 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub. Ümumilikdə 23 802 nəfər müsabiqədən keçib.

Müsabiqənin nəticələri 15 avqust tarixində müraciətçilərə həm SMS vasitəsilə təqdim edilib, eyni zamanda “şəxsi kabinet” bölməsində yerləşdirilib. Müsabiqədən uğurla keçən namizədlər 16 – 25 avqust tarixlərində qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026