• Bakı 26° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Şahin Şıxlinski təcridxanada qalacaq

CƏMİYYƏT

15 Avqust 2025 | 18:47

Şahin Şıxlinski təcridxanada qalacaq

 Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə URA.RU-ya hüquq-mühafizə orqanlarına yaxın mənbə məlumat verib.

Belə ki, onun vəkilinin apelyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Şahin Şıxlinski avqustun 2-də saxlanılaraq Moskvadan Yekaterinburqa aparılıb.

Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.


SON XƏBƏRLƏR