Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən 19 yaşlı A.Əliyev saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, aparılan araşdırmalarla saxlanılan şəxsin “Tufan” və “Minsk” markalı 2 motosikleti qaçırması, ümumi dəyəri 2100 manat olan 2 mopedi və bir qadına məxsus mobil telefonu oğurlaması müəyyən edilib.
Araşdırma aparılır.