Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.
***
09:08
Tovuz rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 08.31-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.
Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.
Yeraltı təkan hiss olunub.