Xəzər dənizinin Novxanı qəsəbəsi ərazisindən keçən hissəsində faciəvi hadisə baş verib.
Bakıvaxtı.az verir ki, 2009-cu il təvəllüdlü Bayramov Murad dənizdə çimərkən boğulub.
Hadisə barədə məlumat daxil olduqdan sonra axtarış-xilasetmə tədbirləri həyata keçirilib və yeniyetmənin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.