• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fidan: İsrail sülh və sabitlik istəmir

SİYASƏT

17 Iyul 2025 | 12:52 | Müəllif: Gülşən Şərif

Fidan: İsrail sülh və sabitlik istəmir

"İsrailin aqressiv hərəkətləri onun sülh istəmədiyini və region üçün təhlükə olduğunu göstərir".

Bakıvaxtı.az "Star" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, İsrailin hücumları regionda etnik qırılma xətlərini dərinləşdirir:

"Hamımıza aydın olmalıdır ki, İsrail sülh istəmir, onun sabitliyə ehtiyacı yoxdur. İsrail işğalçılıq strategiyasını təkcə Fələstində deyil, Livan, Suriya və İranda da həyata keçirməyə çalışır. Biz Fələstin dövlətinin beynəlxalq aləmdə tanınması üçün fəaliyyətimizi davam etdirəcəyik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026