• Bakı 21° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Aİ Şurasının iranlılara qarşı sanksiyaları qanunsuzdur - Bəqayi

SİYASƏT

17 Iyul 2025 | 12:09

Aİ Şurasının iranlılara qarşı sanksiyaları qanunsuzdur - Bəqayi

"Yeni sanksiyaların təşəbbüskarı olan və sponsorluq edən hökumətlər öz hərəkətlərinə görə beynəlxalq məsuliyyət daşıyacaqlar".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

O, Avropa Şurasının bir sıra iranlı şəxslərə qarşı yeni sanksiyalar tətbiq etmək barədə  qərarını pisləyib. 

Bəqayi yeni sanksiyaları qanunsuz, dağıdıcı və əsassız bir tədbir adlandıraraq tənqid edib:

"Avropa İttifaqı və bir sıra üzv ölkələr sionist rejimin İrana qarşı hərbi təcavüzünü və İran vətəndaşlarının qətliamına səssiz qalmaqla yanaşı, hətta Tehranı saxta iddialarla tənqid edir və sanksiyalar tətbiq edirlər. Bu, insan haqlarının əsas prinsiplərini pozan özbaşına addımdır".

Gülşən Şərif


SON XƏBƏRLƏR