• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Liderlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLAR

SİYASƏT

17 Iyul 2025 | 12:26 | Müəllif: Əli Hüseynov

Liderlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLAR

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

Bakıvaxtı.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə kompleks barədə məlumat verdi.

İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda Azərbaycan Prezidenti qoyub. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verilib. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb.

Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.


Liderlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLARLiderlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLARLiderlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLARLiderlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLARLiderlər Şuşadakı birinci yaşayış kompleksində - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026