• Bakı 21° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Barıt qoxusu və qara qızıl: Neftin qiyməti yeni risklərlə üz-üzədir

SİYASƏT

17 Iyun 2025 | 14:07

Barıt qoxusu və qara qızıl: Neftin qiyməti yeni risklərlə üz-üzədir

Hazırda İran və İsrail arasında davam edən münaqişə bir çox sahələrdə olduğu kimi neft bazarında da ciddi narahatlıqlar doğurur.

Maraqlıdır, davam edən müharibə neftin qiymətinin artmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Mili Məclisin deputatı Vüqar Bayramov bildirib ki, İran və İsrail arasında gedən müharibə regional sabitliyə və bazarlara təsirsiz ötüşmür.

V.Bayramovun sözlərinə görə, bu, xüsusilə yükdaşımalar və hava nəqliyyatı baxımından bölgəyə mənfi təsir göstərir. Deputat xatırladıb ki, artıq müharibə ilə bağlı bir sıra beynəlxalq uçuşlar təxirə salınıb.

Neftin qiymətindən danışan müsahibimiz nəzərə çatdırıb ki, təsirlər müxtəlifdir. Dediyinə görə, müharibənin ilk günlərində qiymətlərdə müəyyən artımlar müşahidə olunsa da, hazırda kəskin dəyişikliklər yoxdur:

“Hazırda “Brent” markalı neftin bir barreli 74 dollardan təklif olunur. Praktiki olaraq müharibədən əvvəlkki dövrlə müqayisədə neftin qiymətində kəskin fərqlənməni müşahidə etməmişik”.

Vüqar Bayramov: Müharibə uzunmüddətli xarakter alarsa, neftin qiymətində daha yüksək artımların baş verməsi istisna deyil

V.Bayramov bildirib ki, xüsusilə may ayının ortalarında, eləcədə iyunun əvvəlində neftin qiyməti təxminən 60 dollar ətrafında dəyişib. O qeyd edib ki, müəyyən yüksəliş olsa da, bu artımlar hələlik kəskin xarakter daşımır.

Bunun bir neçə amillə bağlı olduğunu söyləyən Bayramov əlavə edib ki, ilk növbədə, müharibənin nə qədər davam edəcəyi ilə bağlı proqnozlar yoxdur. Deputat onu da vurğulayıb ki, digər tərəfdən uzun müddətdir tətbiq olunan sanksiyalar nəticəsində İranın dünya neft təklifində yüksək payı yoxdur.

“Sözsüz ki, əgər müharibə uzunmüddətli xarakter alarsa, neftin qiymətində daha yüksək artımların baş verməsi istisna deyil”.

Mina Mikayılova


SON XƏBƏRLƏR