• Bakı 20° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Güney Azərbaycanda baş verənlərə həssaslıqla yanaşırıq - AÇIQLAMA

SİYASƏT

17 Iyun 2025 | 17:01

Güney Azərbaycanda baş verənlərə həssaslıqla yanaşırıq - AÇIQLAMA

"Cənubi Azərbaycan əraziləri İranın Türkiyə, İraq, Azərbaycanla sərhəd əraziləridir. Burada İranın önəmli hərbi və digər strateji əhəmiyyətli obyektləri yerləşməkdədir".

Bu barədə politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, İsrailin hücumu zamanı sadəcə Təbriz yaxınlığındakı obyektləri vurulmadı, eyni zamanda Ərdəbil yaxınlığında radar sistemi də sıradan çıxarıldı:

"Sadəcə olaraq Təbriz İranın çox önəmli mərkəzlərindən biridir. Həm sənaye gücünə, həm də hərbi-strateji mövqeyinə görə, Tehran sonra ən əhəmiyyətli bölgədir. Həmçinin, bölgə İsrailə məsafə baxımından daha yaxındır. Bir var uzaq məsafədə olan Tehran, Məşhəd, Şiraz, İsfahan ətrafında əməliyyatlar keçirilsin, bir də var Təbriz və Kirmanşahda. Bunlar İraq sərhədinə, İsrailə daha yaxın ərazilərdir”.

Müsahibimiz vurğulayıb ki, o baxımdan Azərbaycan Respublikası olaraq Güney Azərbaycanda, soydaşlarımızın yaşadıqları ərazilərdə baş verənlərə həssaslıqla yanaşırıq:

“Bir daha qeyd edirəm, bu ərazilərdə vaxtilə İran rejimi müəyyən obyektləri salmaqla bəlkə də gələcəkdə baş verəcək qarşıdurmalarda soydaşlarımızın da hədəf olmasında maraqlı olub. Bu, ehtimallar da var”.

Oqtay Qasımov, politoloq

Politoloq deyib ki, İranda 1979-cü ildə hakimiyyətə gələn molla rejimi ilk gündən İsrail dövlətini düşmən elan edib və onu yer üzündən siləcəyini bəyan edib:

“Əslində İsrailin hərbi əməliyyatları beynəlxalq hüquq baxımından mübahisəyə açıq olsa da, biz davamlı şəkildə İran rejiminin İsraili dövlət olaraq tanımadığı barədə mesajların şahidi olmuşuq".

Aydın Baxış


SON XƏBƏRLƏR