• Bakı 19° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Di Maria "Benfika"nı tərk edəcəyini açıqlayıb

İDMAN

18 May 2025 | 12:08

Di Maria Benfikanı tərk edəcəyini açıqlayıb

Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Anxel Di Maria yayda komandanı tərk edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 37 yaşlı futbolçu özü sosial şəbəkə hesabında bildirib.

Argentinalı oyunçu klublararası dünya çempionatı zamanı komandanın heyətində yer almayacaq.

Onun Lissabon kollektivi ilə olan müqavilə müddəti iyunun 30-da başa çatır.

Qeyd edək ki, 2023-cü ildən "Benfika"da çıxış edən Di Maria cari mövsüm 39 oyun keçirib, 15 qol vurub və 10 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR

17 May 2025