• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

DÜNYA

18 May 2025 | 10:32 | Müəllif: Subhan Mahmudov

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Böyük Britaniya yaxın vaxtlarda Avropa İttifaqı ilə yeni çoxsektorlu saziş imzalayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib. Hökumət başçısı bildirib ki, sazişin məqsədi “Breksit”dən sonrakı münasibətləri daha da sıxlaşdırmaqdır.

Sənədlə bağlı hələlik ətraflı məlumat yoxdur. Lakin bazar ertəsi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın Londona səfəri təsdiqlənib.

Tərəflərin başlıca olaraq müdafiə sahəsində müzakirələr aparacağı gözlənilir. Bununla belə, Starmer vahid bazarın yaradılması fikrini istisna edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026