• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yunanlar limanlarını Hindistan gəmilərinə açıb

DÜNYA

17 Iyun 2025 | 09:29 | Müəllif: Əli Hüseynov

Yunanlar limanlarını Hindistan gəmilərinə açıb

Cənubi Kipr Hindistan hərbi gəmilərinə limanlarını açacaq.

Bakıvaxtı.az yunan mətbuatına istinadən xəbər verir ki, bu barədə Cənubi Kiprin lideri Nikos Xristodulidis və Hindistanın Baş naziri Narendra Modi Rum Prezident Sarayında 10 maddəlik “Birgə Əməkdaşlıq Bəyannaməsi” imzalayıblar.

Liderlər dəniz əməkdaşlığının genişləndirilməsini də müzakirə ediblər. Hindistan hərbi gəmilərinin Cənubi Kipr (Rum İdarəsi) limanlarına daha müntəzəm səfərləri təşviq olunacaq, dəniz məlumatlılığının və regional təhlükəsizliyin artırılması məqsədilə birgə təlim və təcrübələrin keçirilməsi üçün yeni imkanlar birgə araşdırılacaq.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026