• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

DÜNYA

18 May 2025 | 09:09 | Müəllif: Subhan Mahmudov

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

Rumıniyada prezident seçkilərinin ikinci turu üçün bütün məntəqələrdə seçki məntəqələri açılıb, bazar günü ölkə sakinləri növbəti beş il üçün dövlət başçısını seçəcəklər.

Bakıvaxtı.az-ın məlumatına görə, birinci tur mayın 4-də baş tutub və səslərin əksəriyyətini “Rumınların Birləşməsi Uğrunda Alyans” (AUR) millətçi partiyasının lideri Corc Simion 41 %, Buxarestin meri Nikuzor Dan isə 21 % toplayıb.

Saat 7:00-da (Bakı vaxtı ilə 08:00 - red.) Rumıniyada 19 minə yaxın seçki məntəqəsi işə başlayıb. Xaricdə yaşayan Rumıniya vətəndaşları üç gün ardıcıl səs verirlər. Onlar üçün mayın 16-da seçki məntəqələri açılıb.

Rumıniya qanunlarına görə, prezident seçkilərinin qalibi siyahılara daxil edilmiş seçicilərin yarıdan çoxunun səsini toplayan namizəddir. Seçki məntəqələri saat 21:00-da bağlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR