• Bakı 19° C

    7.96 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

“Dəfələrlə xəbərdarlıq edirik ki...” - Rubio Rusiyanı təhdid etdi

DÜNYA

18 May 2025 | 09:20

“Dəfələrlə xəbərdarlıq edirik ki...” - Rubio Rusiyanı təhdid etdi

“Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Konqresi tezliklə anti-Rusiya sanksiyalarını sərtləşdirə bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “CBS News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ administrasiyası bu barədə Rusiyaya xəbərdarlıq edib.

“Biz Konqresdən Ukrayna üzrə danışıqlarımızda hər hansı irəliləyiş əldə edə biləcəyimizi görmək üçün bizə bir müddət vaxt verməsini istədik. Amma biz altı-yeddi həftə əvvəl Rusiya tərəfi ilə də kifayət qədər aydın danışdıq, Rusiya tərəfinə Konqresdə bu səylərin davam etdiyini bildirdik.

Biz demək olar ki, iki aya yaxındır ki, Rusiyaya dəfələrlə xəbərdarlıq edirik ki, Ukraynada sülhlə bağlı irəliləyiş olmazsa, bu baş verəcək. Ona görə də hesab edirəm ki, bu, indi reallığa çevrilir”, - Amerika diplomatiyasının rəhbəri bildirib.


SON XƏBƏRLƏR

17 May 2025