Çin öz vətəndaşlarına İsraili tərk etmələri barədə xəbərdarlıq edib.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumatda bildirilib ki, bu barədə Çinin Təl-Əvivdəki səfirliyi korporativ "WeChat" hesabında məlumat yayıb.
"İsrail-İran arasında davam edən hazırkı münaqişə getdikcə kəskinləşir. Mülki obyektlərə ziyan dəyir, sivil şəxslər arasında itkilər artır və təhlükəsizlik vəziyyəti pisləşir", - xəbərdarlıqda deyilir.
Səfirlik vətəndaşlara İsrail hava məkanı bağlı olduğu üçün İordaniya sərhədindəki gömrük qapılarından quru yolu ilə çıxmağı tövsiyə edib.
Əli Hüseynov