Bu gün Misli Premyer Liqasında 31-ci tur start götürüb.
Bakıvaxtı.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, turnir cədvəlində Naxçıvan klubu 53 xalla 3-cü, Tovuz təmsilçisi isə 48 xalla 4-cüdür.
Bu komandalar arasında əvvəlki 3 dövrənin matçlarında 2 dəfə "Araz-Naxçıvan" (2:1, 1:0), 1 dəfə isə "Turan Tovuz" qələbə (1:0) qazanıb.