Rusiya müharibənin 1150-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 661 təyyarəsi, 283 helikopteri, 52 592 PUA-sı, 603 zenit-raket kompleksi, 22 920 tank və digər zirehli texnikası, 1 541 reaktiv yaylım atəş sistemi, 23 820 artilleriya və minaatanı, 34 317 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.