• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər

DÜNYA

18 Aprel 2025 | 16:42

Ermənistanda Rusiya kanallarının yayımı dayandırıla bilər

“Ölkənin ictimai multipleksində əcnəbi ölkələrə aid televiziya kanalların yayımının məhdudlaşdırılması vacibdir”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Televiziya və Radio Yayımı üzrə Komissiyasının sədri Tiqran Akopyan deyib.

    Onun sözlərinə görə, rəsmi İrəvanın vaxtında bu ölkənin televiziya yayımçılarına yerli multipleksdə yayım imkanı verməsi Ermənistanla Rusiya arasında gərginliyə səbəb olub:

    “İndi isə Fransa tərəfi bizdən onlara məxsus televiziya kanallarına yayım tezliklərinin ayrılmasını istəyir. Hesab edirəm ki, ictimai multipleksdə əcnəbi ölkələrin televiziya kanallarının yayımının məhdudlaşdırılması vacibdir”.

    Qeyd edək ki, Ermənistanda ictimai multipleksdə yalnız Rusiyaya məxsus televiziya kanallarının yayımı həyata keçirilir.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025