• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Şəhid Münasib Mehdiyevin qalıqları Samuxda dəfn olundu - YENİLƏNİB

CƏMİYYƏT

18 Aprel 2025 | 14:15

Şəhid Münasib Mehdiyevin qalıqları Samuxda dəfn olundu - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Mehdiyev Münasib Namaz oğlunun nəşinin qalıqları bu gün Samux rayonunda ailəsinə təhvil verilib.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, rayonun Qovlarsarı kəndində şəhidlə vida mərasimi keçirilib.

    Şəhidlə vida mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Vida mərasimindən sonra şəhidin qalıqları Qovlarsarı kənd qəbiristanlığında torpağa tapşırılıb. Hərbi orkestr Dövlət Himnini ifa edib, yaylım atəşi açılıb.

    Qeyd edək ki, Mehdiyev Münasib Namaz oğlu 1973-cü ildə Samux rayonu Qovlarsarı kəndində anadan olub.

    1992-ci ildə Ağdərə rayonu Aterk kəndində itkin düşüb.

    ***

    13:56

    Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevin nəşi Samux rayonunun Qovlarsan kəndində ailəsinə təhvil verilib.

    Bakıvaxtı.az xəbər verir ki, kənddə şəhidlə vida mərasimi keçirilib.

    Qeyd edək ki, Münasib Namaz Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-cü il iyulun 19-da Ağdərə rayonunun Həsənriz (Aterk) kəndi istiqamətində tkin düşüb.

    M.Mehdiyev Qovlarsan kənd qəbiristanlığında dəfn olunacaq.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025