• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb

DÜNYA

18 Aprel 2025 | 19:35 | Müəllif: Subhan Mahmudov

Uitkoff Parisdə "Mossad"ın rəhbəri ilə görüşüb

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Parisdə İsrailin "Mossad" kəşfiyyat xidmətinin rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə qeyri-rəsmi görüş keçirib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, S.Uitkoff İsrail rəsmiləri ilə nüvə proqramı üzrə ABŞ-İran danışıqlarını müzakirə edib. Görüşdə Barnea və Dermer aprelin 19-da Romada İranla danışıqların ikinci raundundan əvvəl ABŞ-nin mövqeyinə təsir etməyə çalışıblar.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin İranın nüvə proqramına dair 2015-ci il razılaşmasına bənzər saziş bağlaya biləcəyindən narahatlığını ifadə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR