• Bakı 14° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakı-Quba yolunda ağır qəza: Sürücü hadisə yerində öldü - VİDEO

HADİSƏ

18 Aprel 2025 | 23:39

Bakı-Quba yolunda ağır qəza: Sürücü hadisə yerində öldü - VİDEO

"Aprelin 18-də saat 12:20-də Bakı-Quba yolunun 29-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

Bildirilib ki, Fəzail Şadoğlan oğlu Cəlilovun idarə etdiyi "Hyundai Elantra" markalı, 99-BT-665 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən yolun kənarında dayanmış DAF markalı, 99-RR-219 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusuna çırpılıb.

Qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü Fəzail Cəlilov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Aprel 2025