• Bakı 14° C

    9.66 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

İmişlidə əmək yarmarkası keçirilib

CƏMİYYƏT

18 Aprel 2025 | 17:18

İmişlidə əmək yarmarkası keçirilib

İmişli rayonunun Uşaq-Gənclər İdman Şahmat məktəbinin inzibati binasında Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yarmarkada rəsmi şəxslər, işəgötürənlər və işaxtaran vətəndaşlar iştirak ediblər.

Yarmarkada işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaradaraq işə düzəlmələrinə köməklik məqsədilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışılıb, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilib.

Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilib, onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb.

Qeyd edək ki, əmək yarmarkasında 15 müəssisə üzrə 150-yə yaxın vakansiya təqdim edilib.


İmişlidə əmək yarmarkası keçirilibİmişlidə əmək yarmarkası keçirilibİmişlidə əmək yarmarkası keçirilibİmişlidə əmək yarmarkası keçirilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026