ABŞ-nin Yəməndəki Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, 170-dən çox insanın xəsarət aldığı bildirilir.
***
09:32
ABŞ-nin Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Masirah" məlumat yayıb.
102 nəfər isə yaralandığı vurğulanıb.
***
08:46
ABŞ Yəmən ərazisinə hava hücumu edib.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.
Hava hücumu nəticəsundə 30-dan çox insanın həlak olduğu, daha 80 nəfərin isə yaralandığı deyilir.
Hücumlar cümə günü gecə Qırmızı dəniz sahilindəki Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub.
Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir.