• Bakı 22° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

ABŞ-Çin ticarət müharibəsi “Boeing”də böhrana səbəb olub

DÜNYA

19 Aprel 2025 | 00:08

ABŞ-Çin ticarət müharibəsi “Boeing”də böhrana səbəb olub

Çinli müştərilərin imtinasından sonra “Boeing” şirkəti “737 Max” təyyarələrini ABŞ-yə qaytarmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, “Xiamen Air” şirkəti üçün nəzərdə tutulan “Boeing” təyyarəsi artıq Quama yola düşüb.

Vurğulanıb ki, ABŞ və Çin arasındakı ticarət münaqişəsi nəticəsində Pekinin aviaşirkətlərə korporasiyadan təyyarələrin alınmasını dayandırmağı barədə əmr verməsi “Boeing”i çıxılmaz vəziyyət salıb.

“Reuters” isə bildirib ki, Pekinin ABŞ prezidenti Trampın hərəkətlərinə cavab olaraq Amerika mallarına gömrük rüsumları tətbiq etməsi heç bir rəsmi qadağa olmadan təyyarələrin idxalını effektiv şəkildə əngəlləyəcək./report


SON XƏBƏRLƏR

12 Sentyabr 2025