• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Yamal Messi deyil"

İDMAN

19 Aprel 2025 | 00:00 | Müəllif: Subhan Mahmudov

"Yamal Messi deyil"

Məşhur italiyalı mütəxəssis Fabio Kapello "Barselona"nın futbolçusu Lamin Yamal haqda danışıb. 

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 17 yaşlı vingerin argentinalı hücumçu Lionel Messi ilə müqayisə olunmasından danışıb: 

"Yamal Messi deyil. Əgər "İnter" 2010-cu ildə Messinin qarşısını ala bilibsə, Yamalın da qarşısını ala bilərlər. Lamin haqda şişirdilmiş müqayisələri oxumuşam. Düzdür ki, o, "Qızıl Top"a namizəddir və təvazökar birinə oxşayır. Amma Messi 16 yaşında unikal idi. Bunu deyirəm, çünki onun oyununa baxırdım". 

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarında keçiriləcək "Barselona" – "İnter" matçı aprelin 30-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. /qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026