• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başladı

CƏMİYYƏT

18 Aprel 2025 | 14:42

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başladı

“YAŞAT” Fondunun təşkilatçılığı ilə aprelin 18-də şəhid övladları üçün 1-ci intellektual marafona start verilib.

Bu barədə Bakıvaxtı.az-a Fonddan məlumat verilib.

Bildirilib ki, layihə 16-21 yaş aralığındakı 50-yə yaxın şəhid övladını əhatə edir və aprelin 20-dək davam edəcək.

Əsas məqsəd iştirakçıların asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafı, yeni bilik və bacarıqlar əldə etməklərinə dəstək olmaqdır.

Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışmaları, əyləncə və konsert saatları keçiriləcək.

Həmçinin düşərgə iştirakçıları müxtəlif hədiyyə və mükafatlarla təltif olunacaqlar.


SON XƏBƏRLƏR

18 Aprel 2025