• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Son bir həftədə təbiətə 82 min manata yaxın ziyan dəyib

CƏMİYYƏT

18 Aprel 2025 | 17:20

Son bir həftədə təbiətə 82 min manata yaxın ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti son bir həftə ərzində Bakı şəhəri, İmişli və Quba rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı paytaxtın Bakıxanov qəsəbəsi, “Qafqaz Residence” MTK-ya məxsus ərazidə, Xətai rayonu Köhnə Günəşli qəsəbəsi General Mehmandarov küçəsində, İmişli rayonu Qulubəyli kəndi ərazisində və Quba rayonu Aşağı Xuc kəndinin Digah Xucbala bələdiyyəsinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 81 780 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


SON XƏBƏRLƏR

18 Aprel 2025