• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Kreml: Avropa Ukraynanı sülhə yox, hərbiləşdirməyə çağırır

SİYASƏT

18 Aprel 2025 | 16:04

Kreml: Avropa Ukraynanı sülhə yox, hərbiləşdirməyə çağırır

"Avropa ölkələrindən hərbiləşdirmə çağırışları çətin ki, Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə kömək etsin". 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, açıqlamasında Avropa ölkələrinin nümayəndələrinin Kiyev və Vaşinqtonla Paris görüşünü  şərh edib.

"Biz bu yaxınlarda Avropadan heç bir sülh çağırışı eşitməmişik. Əksinə, daha çox hərbiləşdirmə çağırışları var. Son vaxtlar avropalılardan indiyə qədər eşitdiklərimiz çətin ki, vəziyyətin həlli yollarının axtarışına kömək etsin", - Peskov vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025