"Azərbaycanla çox zəngin gündəliyimiz var, çox sıx əlaqələr qururuq. Buraya həm sənaye istehsalının yaradılması, o cümlədən Azərbaycan ərazisində, həm qarşılıqlı investisiyalar, həm energetikada əməkdaşlıq, həm də ticarət daxildir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk "Rossiya-24" kanalında çıxış edərkən bildirib.
O qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi də müzakirə olunacaq: "Çünki Azərbaycan bu yolda cənuba doğru vacib həlqədir".
"Azərbaycana dəmiryolu tariflərinin endirilməsinə görə çox minnətdarıq. Bu qərar Azərbaycanda artıq qəbul edilib - geri yükləmə zamanı tariflər endirilib", - Overçuk əlavə edib.