• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Belarusun İrəvandakı səfiri vəzifəsindən azad edildi

DÜNYA

18 Aprel 2025 | 15:05

Belarusun İrəvandakı səfiri vəzifəsindən azad edildi

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk vəzifəsindən azad edilib.

Bakıvaxtı.az “Belta” agentliyinə istinadən xəbər verir ki, ölkə Prezidenti Aleksandr Lukaşenko bu barədə Sərəncam imzalayıb.

Konyuku əvəz edəcək şəxslə bağlı məlumat verilməyib. O, 2020-ci ilin noyabrından Belarusun İrəvandakı səfiri olub. 

Onu da xatırladaq ki, ötən ilin iyununda Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırmışdı. Bundan əvvəl isə, Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında diplomatik gərginlik fonunda bir daha Belarusa səfər etməyəcəyini bəyan etmişdi. 

Buna cavab olaraq, Belarus da Ermənistandakı səfir A.Konyukun yaxın zamanlarda Minskə geri çağırılacağını bildirmişdi.


SON XƏBƏRLƏR

18 Aprel 2025