"İİV infeksiyasında ilk olaraq orqanzimdə ümumi halsızlıq zəiflik kimi əlamətlər olur".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Onun sözlərinə görə, ilkin mərhələdə spesifik klinik əlamətlər olmur.
F.Məmmədov qeyd edib ki, növbəti mərhələlərdə limfa düyünlərində böyümə müşahidə olunur.
"Yetkin şəxslər özlərində hər hansı simptom müşahidə etdikdə yoxlamalara getsinlər".
Kəskin arıqlama, yüksək temperatur, ağız boşluğunda göbələyə bənzər yaraların yaranması, diareya isə sonraki klinik mərhələlərdir.
Mina Mikayılova