• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Teymur Musayev: Sertifikasiya imtahanları beynəlxalq standartlara uyğunlaşdırılır

CƏMİYYƏT

16 May 2025 | 14:09

Teymur Musayev: Sertifikasiya imtahanları beynəlxalq standartlara uyğunlaşdırılır

Sertifikasiya suallar bazası hər il təxminən 20% yenilənir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazirin sözlərinə görə, hazırda bazada 65 minə yaxın test sualı və 6 min 450 klinik məsələ mövcuddur.

Teymur Musayev qeyd edib ki, yeni yanaşmaya əsasən imtahanlar 100 ixtisaslaşdırılmış sualdan ibarət olacaq. Qiymətləndirmə zamanı 80 və daha çox bal toplayanlar müvəffəq hesab olunacaqlar.

Nazir həmçinin bildirib ki, beynəlxalq bazalardan alınmış yeni suallar əsasında imtahanların həm elektron, həm də kağız formatda keçirilməsi planlaşdırılır:

“Elektron imtahanın nəticəsi dərhal ekranda əks olunacaq, kağız daşıyıcılarda isə nəticələr maksimum 3 saat ərzində təqdim ediləcək. Əlilliyi olan şəxslər üçün də xüsusi şərait yaradılıb. Görmə qabiliyyəti məhdud olan namizədlərə fərdi nəzarətçi təyin olunur, testlər audio materiallarla təmin edilir və imtahan müddətinə əlavə 60 dəqiqə artırılır”.


SON XƏBƏRLƏR