• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

"Bakı Ürək Günləri”: 9-cu Beynəlxalq Konqresinin iştirakçıları Ulu Öndərin məzarını ziyarət etdi

CƏMİYYƏT

16 May 2025 | 14:34

Bakı Ürək Günləri”: 9-cu Beynəlxalq Konqresinin iştirakçıları Ulu Öndərin məzarını ziyarət etdi

Bakıda keçiriləcək "Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı önünə güllər düzüblər.

Daha sonra Şəhidlər xiyabanına gələn konqres iştirakçıları Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayevin başçılığı ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərlərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdiriblər.

Qonaqlar Dağüstü parkdan şəhərin mənzərəsinə baxıblar.


SON XƏBƏRLƏR

16 May 2025