• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Kirayə mənzil fonduna daha 157 mənzil əlavə olundu

İQTİSADİYYAT

16 May 2025 | 15:32

Kirayə mənzil fonduna daha 157 mənzil əlavə olundu

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunun Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində daha 157 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

Bakıvaxtı.az Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Yeni mənzillər seçim üçün mayın 23-ü saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6 978 kirayə müqaviləsi bağlanıb. 


SON XƏBƏRLƏR

16 May 2025