İngiltərəli tanınmış futbolçu Aleks Oksleyd-Çemberleyn Türkiyənin “Beşiktaş” komandasından ayrılmaq üzrədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddiaya görə, 31 yaşlı yarımmüdafiəçi klubun bazasında olan əşyalarını toplayıb.
İstanbul təmsilçisinin Superliqanın XXXV turunda "Adana Dəmirspor"a 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada zədələn oyunçu mövsümü vaxtında əvvəl başa vurub.
Klubu ilə daha birillik müqaviləsi olan A.Oksleyd-Çemberleyn komandanın gələcək planlarında yer almayıb.