Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə “CARCAS” Xəzəryanı ölkələrin Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalanıb.
Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, sənədə Bakıda keçirilmiş 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgiləri çərçivəsində təşkil olunmuş Aqronomların I Forumunda imza atılıb.
Tərəflər meyvəçilik sahəsində tədris və təlim mərkəzləri yaradılması, elmi tədqiqatlar, innovasiyaların tətbiqi, birgə əkin nümayiş sahələrn salınması, aqroinnovasiya platformaları yaradılması istiqamətində əməkdaşlıq edəcəklər. Memoranduma əsasən, aqrar sahədə ixtisaslı kadrlar hazırlanması, birgə tədris modulları və sertifikat proqramlarının yaradılması, gənc mütəxəssislərin təcrübi biliklərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.