10 gün ərzində 1-ci sinif üzrə 102.500 uşağın sorğusu tamamlanıb.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.
Vətəndaşlar dəstək üçün Alternativ qeydiyyat mərkəzlərinə, MÜTDA-nın və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.