• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Danışıqların yekununu AÇIQLADI

DÜNYA

16 May 2025 | 20:15 | Müəllif: Subhan Mahmudov

Danışıqların yekununu AÇIQLADI

“Tərəflər yenidən görüşmək barədə prinsipial razılığa gəliblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” hesabında Rusiya-Ukrayna danışıqlarının yekunlarını açıqlayan zaman qeyd edib.

“Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib”, - H. Fidan yazıb.

O, tərəflərin 1000 nəfərlik əsir mübadiləsi barədə razılığa gəldiklərini də vurğulayıb:

“Onlar həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Biz Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026