• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

PKK-nın “özünüləğv” qərarı nə dərəcədə realdır? – Ekspertdən açıqlama

SİYASƏT

16 May 2025 | 17:26

PKK-nın “özünüləğv” qərarı nə dərəcədə realdır? – Ekspertdən açıqlama

PKK terror təşkilatının özünüləğv qərarı açıqlamasına baxmayaraq, bu mövzu ətrafında müzakirələr səngimir.

Bir sıra ekspertlər hesab edirlər ki, təşkilatın verdiyi bu qərar reallığı əks etdirmir və manipulyativ xarakter daşıyır. Onların fikrincə, yaxın gələcəkdə PKK başqa ad və formatla yenidən fəaliyyətini davam etdirə bilər. Bu səbəbdən də, bəzi dairələrin bu qərarın müsbət təsirlərini şişirtməsi və PKK-nın artıq tarixə qovuşduğunu iddia etməsi doğru yanaşma deyil.

Bəs PKK yenidən dirçələ bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Bakıvaxtı.az-a açıqlama verib.

Ekspertin sözlərinə görə, PKK-nın tam şəkildə ləğv olunduğunu düşünmək inandırıcı deyil:

“PKK terror təşkilatı özünü ləğv etdiyini bildirsə də, bu təşkilatın tamamilə sıradan çıxdığı qənaətində deyiləm. Gələcəkdə fərqli formalarda, müxtəlif adlar altında fəaliyyətini davam etdirə bilər. Əvvəllər dağlıq ərazilərdə silahlı separatizmlə məşğul olan PKK, indi şəhər mühitinə enərək informasiya müharibəsində aktivlik göstərə bilər. Bu, təşkilatın yeni mərhələyə keçid strategiyası ola bilər”.

Rüstəm Tağızadə: PKK-nın tamamilə ləğvi zaman tələb edən prosesdir

Rüstəm Tağızadənin fikrincə, PKK-nın tamamilə ləğvi zaman tələb edən prosesdir:

“Türkiyə bu gün regionda mühüm gücə çevrilib və qarşısında hər hansı təhdidlərin yaranmamasını istəyir. Bu, başa düşüləndir. Lakin PKK hələlik nə ideologiyasından, nə də strateji məqsədlərindən imtina etməyib. Ona görə də bu məsələyə ehtiyatla və strateji yanaşmaq lazımdır”.

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Iyun 2025