• Bakı 15° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

İstanbulda İranla "Avropa üçlüyü" arasında görüş başa çatıb - YENİLƏNİB

DÜNYA

16 May 2025 | 15:54

İstanbulda İranla Avropa üçlüyü arasında görüş başa çatıb - YENİLƏNİB

İran ilə “Avropa üçlüyü” arasında İstanbulda keçirilən görüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, görüş iştirakçı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.

İranın İstanbul Baş Konsulluğunda keçirilən görüşdə İranı xarici işlər nazirinin müavinləri Məcid Təxt Revançi və Kazım Qəribabadi təmsil edib.

Görüş başa çatandan sonra K.Qəribabadi "X" sosial media platformasında bildirib k, görüşdə ABŞ ilə İran arasında keçirilən birbaşa olmayan görüşdən sonrakı vəziyyəti və İslam Respublikasına tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələlərini müzakirə ediblər.

Onun sözlərinə görə, İran və üç Avropa ölkəsi təmsilçiləri diplomatiyanı davam etdirmək əzmində olduqlarını bildiriblər: “Lazım gələrsə, yenidən bir araya gəlib danışıqları davam etdirəcəyik”. 

***

13:50

Türkiyənin İstanbul şəhərində İranla "Avropa üçlüyü” (Almaniya, Böyük Britaniya və Fransa) nümayəndələri arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, görüş Tehranın İstanbuldakı konsulluğunda keçirilir.

Görüşlə bağlı ətraflı məlumat yayılmayıb.


SON XƏBƏRLƏR