• Bakı 20° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Hayfa Neft Emalı Zavodu raket hücumundan sonra zədələnib

DÜNYA

15 Iyun 2025 | 14:37

Hayfa Neft Emalı Zavodu raket hücumundan sonra zədələnib

 İsrailin Hayfa şəhərindəki neft emalı zavodu İranın raket hücumu nəticəsində lokalm ziyana məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə obyektin operatoru məlumat yayıb.

“Şimalda Hayfa şəhərində yerləşən Bazan neft emalı kompleksinin obyektləri arasında boru kəmərləri və elektrik xətləri İran tərəfindən gecə saatlarında atılan raket atəşi nəticəsində lokal zədələnib”, - məlumatda deyilir.

Şirkət bildirir ki, ərazidəki bir çox obyekt bağlansa da, bəzi emallar davam edir. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Qeyd edək ki, gecə ərzində Hayfaya 40-a yaxın raket atılıb, bir mərmi qonşu Tamra şəhərində yaşayış binasına düşüb. Nəticədə dörd nəfər ölüb.


SON XƏBƏRLƏR

15 Iyun 2025