• Bakı 20° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

İsrail 50 qırıcı ilə Tehranda İranın nüvə obyektlərinə zərbələr endirib

DÜNYA

15 Iyun 2025 | 15:07

İsrail 50 qırıcı ilə Tehranda İranın nüvə obyektlərinə zərbələr endirib

İsrail ordusunun mətbuat xidməti bazar günü gecə 50 İsrail Hərbi Hava Qüvvələri (IAF) qırıcısının Tehranda İranın nüvə layihəsinə aid obyektlərə hücum etdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Hərbi Hava Qüvvələrinə məxsus 50 qırıcı təyyarə bütün gecə Tehran səmasında uçaraq İranın nüvə infrastrukturuna və bu layihəyə aid obyektlərə zərbələr endirib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, hücum nəticəsində İran Müdafiə Nazirliyinin qərargahı, nüvə proqramının əsas koordinasiya mərkəzi və İran rejiminin nüvə arxivlərini gizlətdiyi obyektlər də daxil olmaqla ümumilikdə 80-dən çox hədəf vurulub.


SON XƏBƏRLƏR

15 Iyun 2025