Qərb mediasında Kiyevin guya Moskvaya zərbə endirə biləcəyi ilə bağlı xəbərlər artıq uzun müddətdir yayımlanır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu cür ritorika yalnız indi çıxmayıb, daha əvvəl də səslənirdi", – o qeyd edib.
Bundan öncə Qərb mediasında yayılan məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Moskvanı vurmağı təklif etdiyi bildirilir.