• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Fransa: Avropada böyük müharibə olacaq

DÜNYA

15 Iyul 2025 | 13:40

Fransa: Avropada böyük müharibə olacaq

Rusiyanı təhlükə adlandıran Fransa 2030-cu ilə qədər Avropada genişmiqyaslı hərbi münaqişə baş verə biləcəyini iddia edir.

Bakıvaxtı.az xəbər verir ki, Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyinin (SGDSN) saytında dərc edilmiş 2025-ci il üçün Strateji Milli İcmalda (RNS) belə proqnoz ehtiva olunur.

“Biz 2030-cu ilə qədər Avropanın milli ərazisindən kənarda böyük, yüksək intensivlikli müharibə riskinin artdığı yeni dövrə qədəm qoyuruq. Bu müharibə Fransanı və onun müttəfiqlərini, xüsusən də Avropadakı müttəfiqlərini də cəlb edə bilər”, - sənəddə vurğulanır.

Hesabatın müəlliflərinin fikrincə, Fransa genişmiqyaslı hibrid hücumlara məruz qala bilər.
Əsas təhdidlər sırasında “Rusiya təhlükəsi” xüsusi vurğulanır. Fransa hakimiyyətinin iddiasına görə, yaxın 3-5 ildə Rusiyanın təcavüzə başlaması mümkündür. Onun potensial hədəfləri kimi Moldova, Balkanlar və hətta NATO ölkələrinin adı çəkilir.

Moskva, öz növbəsində, dəfələrlə Rusiyanın Avropa üçün təhlükə yaratmadığını bəyan edib. Öz çıxışlarında belə ittihamları yersiz adlandıran Rusiya prezidenti Vladimir Putin bunun Qərb ölkələrində ictimaiyyəti qorxutmaq cəhdi kimi qiymətləndirib.


SON XƏBƏRLƏR