Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.
Bakıvaxtı.az-ın "UNİAN"a istinadla xəbərinə görə, bu barədə Ali Rada qərar verib.
Qərarın lehinə 320 deputat səs verib.
Beləliklə, Ukraynada hərbi vəziyyətin müddəti noyabrın 5-dək uzadılıb.
Qeyd edək ki, bu, 2022-ci ilin fevralından Ukraynada hərbi vəziyyətin 16-cı dəfə uzadılmasıdır. Bu müddət ərzində, xüsusən, nə parlament, nə də prezident seçkiləri keçirmək mümkündür.
Murad Məmmədli