• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Prezident Tiranada dövlətimizin gücləndirilmiş performansını nümayiş etdirdi

SİYASƏT

16 May 2025 | 17:52

Prezident Tiranada dövlətimizin gücləndirilmiş performansını nümayiş etdirdi

Bu gün Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Bakıvaxtı.az-ın məlumatına görə, liderlər iki ölkə arasında münasibətlər, sülh sazişi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə XİN başçıları və digər rəsmilər də iştirak ediblər.

Zirvə sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla dövlətimizin başçısı İlham Əliyev arasında ayaqüstü görüş baş tutub. Makron özü Azərbaycan Prezidentinə yaxınlaşaraq onunla görüşüb.

Siyasi şərhçi Aqşin Kərimov Bakıvaxtı.az-a deyib ki, prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 6-cı sammitində Azərbaycan dövlətinin gücləndirilmiş performansını nümayiş etdirdi.

Ekspert bildirib ki, ümumilikdə Tiranadakı sammit strateji baxımdan Cənubi Qafqazın hüdudlarından kənardakı proseslərdə Azərbaycanın mövqelərinin əhəmiyyətli yerləşdirilməsini qeyd edir:

"Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətimizin başçısı İlham Əliyevlə görüşdə Azərbaycan liderinə hesabat verirmiş kimi göründü. Ölkə rəhbəri İlham Əliyevin baxışlarında və davranışlarında Azərbaycanın Ermənistan üzərindəki diktə etdiyi məqamlar görünməkdə idi. Fransa prezidenti Emmanuel Makronun İlham Əliyevə yaxınlaşaraq onunla söhbətləşməsi də diqqət çəkdi. Bunun diplomatik jest və etiketlər naminə atılan addım kimi xarakterizə etmək məsələnin texniki tərəflərini ortaya qoyur. Geniş kontekstdə isə bu, Parisin Bakının maraqları ilə geosiyasi yaxınlıq nümayiş etdirməkdə həvəsli olduğunu göstərə biləcək hadisədir. Üstəlik, Fransanın Azərbaycanla dil tapmaq arzusu Azərbaycan-Türkiyə strateji müttəfiqliyindəki mühüm nailiyyəti qeyd edir”.

Aqşin Kərimov, siyasi şərhçi

Sammitdə İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü və onların Paşinyan üçün verdiyi mesajlar daha dərin mətləbləri Fransanın mənzərəsində açır. Yəni, Fransanın regionda Azərbaycan-Türkiyə ittifaqına qarşı koalisiya yaratmaq cəhdlərinin fiaskoya uğraması cənab Makronu fərqli siyasətə məcbur edə biləcək aktdır.

Analitik qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanın sülh və təhlükəsizlik üçün həyata keçirdiyi mexanizmləri asanlaşdıran beynəlxalq və regional məqamlara qarşı deyil:

"Hərçənd ki, Fransa hələ də, regionda həssas faylların, o cümlədən eskalasiya risklərinin yüksəlməsini xarici siyasətinin mərkəzində tutur. Bu, Fransanın hələ bir müddət də, Azərbaycana qarşı kollektiv hərəkətləri dəstəkləyəcəyi anlamını ifadə edir. Ancaq dövlət başçısı İlham Əliyev Ermənistanın bir nömrəli havadarı statusunu almağa iddialı olan Fransanın ümumi rəftarını dəyişdirmək üçün tez və qətiyyətlə hərəkətə keçəcək. Emmanuel Makron Azərbaycanın müttəfiqlik və tərəfdaşlıq arealının və regiondakı güc balanslarını dəyişdirə bilmək potensiallarını bildiyindən özünü fərqli bir rakursdan təqdim etməyə çalışır. Lakin bu, görüntü və yenilənmiş manipulyativ obrazdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

16 May 2025