• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Füzuliyə dolu YAĞDI

CƏMİYYƏT

16 May 2025 | 19:20 | Müəllif: Subhan Mahmudov

Füzuliyə dolu YAĞDI

Füzuli ərazisində yağışlı hava şəraiti daha sonra rayonun bir neçə yerində dolu yağıntısı ilə əvəzlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu gün hava şəraiti Füzuli ərazisində də yağıntı ilə müşahidə edilib. Rayonun bir neçə yerinə isə dolu yağıb. Saat 15 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib. Dolu dənələrinin diametri təxminən 1 santimetrə yaxın olub və bir neçə dəqiqə yağdıqdan sonra yenidən yağışla əvəzlənib. Dolu yağıntısı əsasan Füzuli şəhər mərkəzinə, Haramı düzünün Füzuli rayonu ərazisinə düşən hissəsinə, Kərimbəyli, Şükürbəyli və daha bir neçə kəndin ərazisinə düşüb.

Görüntüləri təqdim edirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026