• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

74 il evli olan cütlük eyni gündə dünyasını dəyişdi

DÜNYA

16 May 2025 | 18:41

74 il evli olan cütlük eyni gündə dünyasını dəyişdi

Braziliyada 74 illik evli qalan iki həyat yoldaşı eyni gündə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, iki gün əvvəl evliliklərinin 74-cü ildönümünü qeyd edən 92 yaşlı Odileta Panzani de Haro və 94 yaşlı Paskal de Haro 10 saat fərqlə vəfat ediblər.  Odileta və Paskal 15 və 18 yaşında olarkən küçədə tanış olublar. Onların ünsiyyəti poçtla uzun yazışmalara, sonra isə münasibətə çevrilib.

Cütlük 15 aprel 1951-ci ildə münasibətlərini rəsmiləşdiriblər və bu nikahdan 6 uşaq dünyaya gəlib.  Bir neçə il əvvəl Odilete Alzheimer xəstəliyi diaqnozu qoyulub və əri onun bütün qayğılarını öz üzərinə götürüb. 2023-cü ildə Paskal xərçəng xəstəliyinə tutulub. Səhər saatlarında Odileta, on saat sonra isə Paskal dünyasını dəyişib.


SON XƏBƏRLƏR

16 May 2025