• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb

DÜNYA

15 Iyun 2025 | 16:19

Türkiyə Bosfor və Çanaqqala boğazlarından keçid haqqını artırıb

Türkiyə Boğaziçi və Çanaqqala boğazlarından gəmilərin keçidinin qiymətini iyulun 1-dən 15% artaraq hər xalis ton üçün 5,83 dollara qaldırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, dövlət rüsumları ekoloji təhlükəsizliyi yaxşılaşdırmaq və gəmilərin hərəkətinə nəzarət sistemlərinin təkmilləşdirilməsi üçün istifadə ediləcək.

Nazir xatırladıb ki, bu artım 2022-ci ildən bəri dördüncü olacaq.

Gəmilərin keçid dəyəri 2022-ci ilə qədər demək olar ki, 40 il ərzində dəyişməz qalıb. Məbləğ 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanıb. Bu sənəd boğazlar ərazisində gəmiçiliyi tənzimləyir. 2024-ci ilin oktyabr ayında bu prosedur dəyişdirilib və tarif 5,07 dollara qədər artırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026